Futbolda dava düşdü - Ata və oğul bıçaqlandı

Futbolda dava düşdü - Ata və oğul bıçaqlandı
Hadisə 1034
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Cəlilabadda maşın beton səddə çırpıldı, 5 nəfər yaralandı

Cəlilabadda maşın beton səddə çırpıldı, 5 nəfər yaralandı

Cəlilabad rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni ç...

1318 Hadisə 12:57 26 avqust 2018

Son xəbərlər