Bakıda kobud qayda pozan "Porsche" sürücüsü cərimələndi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qaydaları kobud şəkildə pozan sürücü yol polisi tərəfindən aşkarlanıb.
Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Atamoğlan Rzayev küçəsində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə çıxaraq gələn 99 SN 722 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobilin sürücüsü aşkar edilib.
Rayon Yol Polisi Şöbəsinin əməkdaşı, 99 YP 288 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan polis serjantı Tural Kamranzadə "Porsche"nin sürücüsü Novruzlu Sahil Müşfiq oğlunu saxlayıb. Sürücüyə Avtosfer.az saytında yayımlanan video təqdim olunub. Sürücü qayda pozduğunu etiraf edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib olunub. 100 manat və 4 bal cərimə edilib.
Qeyd edək ki, bu gün Suraxanı rayonu ərazisində əks istiqamətdə hərəkət edən sürücünün görüntüləri Avtosfer.az saytında yayımlanmışdı.
Oxşar xəbərlər
İçkili yol polisinin özbaşınalıqlarI: "1100 manat ver..." - FOTO/VİDEO
Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər. BAKU.WS xəbər...