Bakıda kişi qətlə yetirilib, arvadı saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 24-də saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.
*** 14:59
Bakıda qətl törədilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
37 yaşlı qadın münaqişə zəminində ərini öldürüb. Hadisəni törədən qadın saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.
Oxşar xəbərlər
Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: Təfərrüat - Adlar
Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub. BAKU.WS Oxu.az-a...