Bakıda kişini döyüb pulunu və maşınını əlindən alan şəxs tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt sakininə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Oğlanı maşına basıb "atvyorka" ilə vurdular" - Quldurluq edən dəstənin əməlləri - VİDEO
Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldu...