Bakıda kişi qardaşının boğazını kəsdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda doğma qardaşlar arasında bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Dekabrın 24-ü saat 14:30 radələrində Mir Cəlal küçəsində yerləşən 75 nömrəli evdə qardaşlar arasında münaqişə yaşanıb.
Mübahisə zamanı 42 yaşlı Aqil Məmmədov qardaşı, 51 yaşlı Emil Məmmədovun boğazını kəsib.
Nəticədə E.Məmmədov xəstəxanaya yerləşdirilib, qardaşı isə Nəsimi rayonu 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Bakıda keçmiş məhkumlar fahişəliklə məşğul olan homoseksualları döyüblər
Dekabrın 23-ü gecə Moskva prospektində yerləşən 68 nömrəli binanın qarşısında fahişəlik etmək üçün yığılan homoseksuallar döyülüb. BAKU.WS xəbər verir ki, bu ba...