Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi
04
noy
2019
22:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.BAKU.WS-in məlumatına görə, bu barədə Oxu.Az-a hüquq mühafizə mənbələri məlumat verib.Prokurorluğun işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən və axtarışda olan 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilində məhkəmə qərarı ilə əməliyyat-axtarış keçiriblər.Bu zaman Ə.Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar.N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib.36-cı Polis Bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar.Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib.N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah və döyüş sursatları əldə etmə və gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Baş Prokurorluqdan Samir Musayevlə bağlı açıqlama
Baş Prokurorluq bəzi KİV-də yayılmış məqalə ilə bağlı təkzib verib.Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, bir sıra kütləvi informasiya v...