Bakıda kirayənişin yoldaşını bıçaqlayan qıza HÖKM OXUNDU

Bakıda kirayənişin yoldaşını bıçaqlayan qıza HÖKM OXUNDU
Hadisə 93

Bakının Suraxanı rayonunda Səbinə Məmmədova (soyadı şərtidir) kirayə yaşadığı evdə tanışı Fərid Qasımova (soyadı şərtidir) bıçaqla hücum edib.

BAKU.WS-in məlumatına görə, hadisə 3 iyul 2024-cü il səhər saatlarında baş verib, Fərid sərxoş və yatmış vəziyyətdə olduğu üçün köməksiz olub.

Səbinə Fəridin ona cinsi təklif etdiyini və alt paltarını çıxardığını güman edərək qatlanan bıçaqla ürək nahiyyəsinə iki zərbə vurub, döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar yetirib.

Zərərçəkmiş Fərid aldığı ağır xəsarətlərə baxmayaraq, qışqıraraq qaçıb qonşuların otağına sığınaraq xilas olub və xəstəxanaya çatdırılıb.

Məhkəmədə Səbinə özünü qismən təqsirli bilərək, Fəridi cəzalandırmaq məqsədilə vurduğunu, lakin öldürmək niyyətinin olmadığını iddia edib. Zərərçəkmiş Fərid Səbinənin sərxoş halda evə gəldiyini, qusduğunu və özü paltarını çıxardığını, aralarında könüllü cinsi əlaqə olduğunu, lakin heç bir zor tətbiq etmədiyini bildirib.

Şahidlər İsmayıl və Tünzalə hadisə səslərinə çıxaraq Fəridə kömək etdiklərini, Səbinənin əlində iki bıçaqla qaçdığını təsdiqləyiblər. Ekspertiza və videogörüntülər Səbinənin qəsdən öldürməyə cəhd etdiyini, lakin xarici müdaxilə sayəsində başa çatdırmadığını sübut edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Səbinənin peşmançılığını, azyaşlı yaşını və zərərçəkmişlə barışığını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.9-cu maddələri ilə 11 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Son xəbərlər