Bakıda keçmiş iş adamı güllələndi
25
iyn
2019
12:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçmiş biznesmen güllələnib.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb. İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb. Müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.
Oxşar xəbərlər
Azərbaycanda polis intihar etdi
Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından m...