Bakıda keçirilən yürüşlə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda keçirilən yürüşlə bağlı RƏSMİ AÇIQLAMA
Hadisə 391

Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Saxlanılan və ya həbs edilən olmamışdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər