Bakıda kanalizasiya quyularından oğurluq edilib - FOTO
29
may
2024
13:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
“Ya Hüseyn" adlı səhifə açaraq canlı yayıma çıxdı, bunu bilən əri isə... - ŞOK təfərrüat
O bunu şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib və qısqanclıq zəminində Südabəni öldürmək qərarına gəlib. BAKU.WS teleqraf-a istinadən xəbər veri...