Bakıda kafedə partlayış oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kafedə partlayış olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınla nəticələnən partlayış hadisəsi paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan kafenin mətbəxində qeydə alınıb.
Belə ki, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və bacada yağ qalıqları yanıb. Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayış məişət qaz balonundan sızma nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...