Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşüb

Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşüb
Hadisə 113

Bakıda 27 yaşlı qadın itkin düşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər