Bakıda intihara cəhd edən şəxs xilas edilib

Bakıda intihara cəhd edən şəxs xilas edilib
Hadisə 67

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub. Həmçinin, Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasında yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər