Bakıda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan öldü
28
iyl
2021
14:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.
O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.
İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24%-ə (2010-cu ildə 0,9%) çatıb”.
Oxşar xəbərlər
“Patı” ən pis halda bu xəstəliyə səbəb olur - AÇIQLAMA
“Patı” - elmi adı “metamfetamin” olan bu maddənin istifadəçiləri son zamanlar istər paytaxt, istərsə də bölgələrdə artıb. Sosial şəbəkələrdə yayılan, eyni zaman...