Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb
05
fev
2025
09:59
Bakıda ağır yol qəzası olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
ADU-nun dosenti vəfat edib
Azərbaycan Dillər Universitetinin "Xarici dillərin tədrisi metodikası" kafedrasının dosenti Gülbəniz Camalova vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə uni...