Bakıda iki avtomobil toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO

Bakıda iki avtomobil toqquşub, Türkiyə vətəndaşı xəsarət alıb - FOTO
Foto
Hadisə 613

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, “Nissan” markalı avtomobil H.Əliyev küçəsi ilə, “Mercedes” markalı avtomobil isə Azadlıq prospekti ilə hərəkətdə olub.

İdarəetmədən çıxan “Nissan”ın “Mercedes”ə çırpılması nəticəsində birincinin Türkiyə vətəndaşı olan sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər