Bakıda yol qəzası olub, xəsarət alan var - VİDEO

Bakıda yol qəzası olub, xəsarət alan var - VİDEO
Video
Hadisə 1286
Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, "VAZ 2104" markalı minik maşınının sürücüsü hərəkət zamanı ötmə qaydasını pozub və qarşısındakı "Volkswagen" markalı avtomobili sağdan keçmək istəyib. Nəticədə idarəetmədən çıxan "VAZ 2104" markalı avtomobil həm "Volkswagen"ə, həm də yol kənarındakı işıq dirəyinə dəyib. Avtomobillərə dəyən üçüncü nəqliyyat vasitəsi isə arxadan gələn "Opel" markalı minik maşını olub.Toqquşma nəticəsində "Volkswagen"in sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.Yol qəzasının təfərrüatları araşdırılır.BAKU.WS

Oxşar xəbərlər

Qobustanda zəncirvari qəza, xəsarət alan var

Qobustanda zəncirvari qəza, xəsarət alan var

Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib."Qafqazinfo" xəbər verir ki, zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayo...

1089 Hadisə 11:22 17 fevral 2019

Son xəbərlər