Bakıda iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb - FOTO

06
noy
2023
07:59
Bakının Nəsimi rayonunda yol qəzası baş verib, iki azyaşlı yaralanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza 3-cü mikrorayon dairəsində qeydə alınıb.
Dairədə hərəkətdə olan “Toyota” markalı maşınla “Chevrolet” avtomobil toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Əhmədzadə Rasim, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Əhmədzadə Ləman və onların övladları 2019-cu il təvəllüdlü Banu və Ayan xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
24 yaşlı oğlan sevgilisini anasının gözü qarşısında... - Sumqayıtda dəniz kənarında rəzalət
Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi Ləmana (adlar şərti verilib - red.) xəsarət yetirib...
