Bakıda içki aludəçisi olan 59 yaşlı kişi arvadının burnunu sındırdı

Bakıda spirtli içki aludəçisi olan 59 yaşlı kişi arvadını döyüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, 1995-ci ildə ailə həyatı quran Sabunçu rayon sakini Aydın Əliyev (soyadı şərtidir) Bakıdakı orta məktəblərdən birində texniki işçi işləyib. O, son vaxtlar spirtli içki aludəçisi olduğundan evində tez-tez mübahisə yaradıb, həyat yoldaşı ilə dalaşıb.
Bir neçə gün öncə A.Əliyev yenə evə içkili gəlib və ər-arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində A.Əliyev həyat yoldaşının sifət nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə qadının burnu sınıb və o bu barədə polisə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Ötən həftə 1362.7 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 11-dən 17-nə qədər 30 tank əleyhinə mina, 153 piyada əleyhinə mina, 673 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləş...
