Bakıda iaşə obyektində 15 günlük körpə TAPILDI - YENİLƏNİB
Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, dərhal ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər:
"Ana və körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".
***18:41
Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb. Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həbsdən çıxıb narkotik puluna görə arvadını öldürdü - Xutordakı qətlin DETALLARI
CİNAYƏT İŞİ Qısa arayış... 2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi olur. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları had...