Bakıdakı güclü yanğınla bağlı DİN-dən

Bakıdakı güclü yanğınla bağlı DİN-dən
Açıqlama Video
Hadisə 2135

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mü:hafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***18:09

Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

BAKU.WSxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb 

***17:27

Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***16:53

Bakının Xətai rayonunda baş verən yanğınla bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

***16:22

Bakıda hündürmərtəbli yaşayış binasında yanğın baş verib. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub. 

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli yaşayış binasının mənzilində yanğın baş verib: "Əraziyə nazirliyin və Bakı regional mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

Son xəbərlər