Bakıda hündürmərtəbəli binada güclü yanğın - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
FHN çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB/ VİDEO
21 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən...