Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 460

FHN baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb:

"Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub".

***10:05

Həzi Aslanov metrosu yaxınlığında hündürmərtəbəli binada yanğın baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə hadisə şahidləri məlumat verib.

Bildirilir ki, hadisə 18 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları cəlb olunub və yanğın qısa zamanda söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər