Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı oğlana hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Həmçinin iclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib.
İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəmnində bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.
Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...