Bakıda hamilə qadın xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 22 həftəlik hamilə qadın ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Ş.Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Ötən gün isə ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...