Bakıda güclü külək adam öldürdü - Məcburi köçkün darvazanın altında qaldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyişib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb. Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb. İsmət Həsənov hadisə yerindəcə keçinib.
Qeyd edək ki, əslən Kəlbəcərdən məcburi köçkün olan İsmət Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdi.
Bütün tanıyanlar onu çox Vətənpərvər, səmimi, xeyirxah, hər kəsin işinə yarayan, sadə bir insan kimi xarakterizə edir.
İsmət Həsənov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Nəqliyyat Xidməti Şöbəsində sürücü işləmişdir.
Allah rəhmət eləsin.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...