Bakıda gözəllik salonu qarət olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə avqustun 19-u gecə saatlarında paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Belə ki, naməlum şəxs qapının kilidini sındırmaq yolu ilə 3 500 manat pul və 300 manat dəyərində mobil telefon oğurlayıb.
Daha sonra gözəllik salonunun rəhbərliyi bu barədə polis əməkdaşlarına müraciət edib.
Səbail rayon Polis İdarəsində fakta görə başlanılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Tamerlan Kuçiyev saxlanılıb.
Oxşar xəbərlər
Bakıda oğru gözəllik salonundan oğurluq etdikdən sonra fişəng yandırıb bayram etdi - VİDEO
Bakıda gözəllik salonu qarət edilib. Naməlum şəxs salona daxil olaraq orada kassadan pul və bir ədəd mobil telefon götürüb. BAKU.WS Xəzər TV-yə istinadla xəbər...