Bakıda generalın evindən oğurluq edən şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə mənzildən 282 min manatlıq oğurluq etməkdə Uveys Məmmədovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis general-leytenantı Əsgər Ələkbərovun kürəkənidir. Hadisə onun qızının evində baş verib. Zərərçəkmiş şəxs 31 dekabr - 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzilindən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, "Nikolayın onluq qızılları", "Atatürkün onluq qızıl pulu" və digər xüsusilə dəyərli əşyalar olub.
Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, həmin evi oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıblar. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U. Məmmədova isə 7 il həbs cəzası verilib.
Xatırladaq ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Azərbaycanda xanəndə vəfat etdi
Mingəçevirdə yaşayan tanınmış xanəndə Ramiz Bəşirov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə musiqiçi İsrafil Məmmədov məlumat yayıb. Uzun müddətdir mərhu...