Bakıda gənclər əyləncə xatirinə həyatlarını təhlükəyə atdılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə paytaxt yollarında təhlükəli anlar yaşanıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Azneft dairəsindən Filarmoniyaya qalxan yolda qeydə alınıb.
Belə ki, 3 gənc hərəkətdə olan 65 saylı avtobusun arxasından tutaraq yola davam ediblər. Onlar bu əməlləri ilə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıblar.
Hadisə ilə bağlı “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, bəzi yeniyetmə və gənclər belə məsuliyyətsiz hərəkətlər etməklə özlərini və digər hərəkət iştirakçılarını təhlükə qarşısında qoyurlar. Onları bu kimi əməllərdən çəkinməyə çağırırıq:
"Ümumiyyətlə şəhər ərazisində piyadaların, skuterlərin, moped və motosikletlərin ictimai nəqliyyatın fəaliyyətini pozması, yolun hərəkət hissəsində maneələr yaratması, təhlükəli manevrlər etməsi halları tez-tez baş verir. Bu da avtobusların hərəkətinin müntəzəmliyinə çətinlik yaradır, gecikmə hallarına səbəb olur".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...