Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı
30
okt
2022
23:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb.
O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin təffərüatları araşdırılır.
Oxşar xəbərlər
Bakıda partlayış zamanı bu müğənni də gecə klubunda imiş - FOTO - TAM SİYAHI
Ötən gün 03:00 radələrində Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində baş verən partlayış zamanı müğənni Nicat Məhərrəmov da gecə klubunda olub. BAKU.WS x...