Bakıda gecə klubunda insident: "Bizi öldürəcəyini dedi"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klublarının birində insident baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 04:15 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.
Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...