Bakıda fərqli ünvanlardan 2 nəfərin meyitləri tapıldı
Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib.
Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzadə qəsəbəsindəki evdə aşkar edilib.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Dekabrın 11-i saat 08 radələrində 1981-ci il təvəllüdlü Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı Mingəçevir küçəsindəki evdə tapılıb.
Hadisələrlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...