Bakıda fəhlə işlədiyi binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi, inşa edilməkdə olan çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
"Metak" şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb. Bu barədə BAKU.WS-ə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun...