Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb

Bakının Qaradağ rayonunda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Belə ki, iyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda karxanada maşinist daş kəsən mişarın arasında qalaraq ölüb
Bakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb. Bu barədə BAKU.WS-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, noyabrın 12-si saat 1...
