Bakıda faciəli şəkildə ölən bacılar vəzifəli şəxsin övladları imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.
Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
Oxşar xəbərlər
Bakıda dörd nəfəri ölümdən xilas edərək özü boğulan polisin qəhrəmanlığının TƏFƏRRÜATI
Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün dörd nəfəri ölümdən xilas edib. BAKU.WS Trend-ə...