Bakıda evlərdən 13 min manatlıq oğurluq edilib - FOTO

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki,bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...
