Bakıda evin qarşısına qumbara və qərənfil buketi niyə qoyulub?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakini hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.
O qeyd edib ki, həmin gün Hüseyn adlı şəxs yaşadığı Alı Mustafayev küçəsindəki mənzilə gəlib. Həmin şəxs bildirib ki, onun keçmiş qayınatası, Masallı sakini Teyyub Babayevə 30 min dollar borcu var. O, pulların ona verilməsini tələb edərək qarşı tərəfi hədələyib.
Müraciətlə bağlı ilkin araşdırmalar və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə... - Azərbaycanda AĞLASIĞMAZ ƏMƏL
Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi...