Bakıda evdən noutbuk, televizor və videokamera oğurlayan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO
Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkd...