Bakıda evdə yanğın olub: Xəsarət alanlar var

Bakıda evdə yanğın olub: Xəsarət alanlar var
Hadisə 60

Bakıda evdə yanğın olub, xəsarət alanlar var.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Oxşar xəbərlər

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Sabunçu rayonunda ümumi sahəsi 300...

92 Hadisə 23:39 07 fevral 2023

Son xəbərlər