Bakıda ərini bıçaqlayan qadına şərti CƏZA VERİLDİ

Bakıda ərini bıçaqlayan qadına şərti CƏZA VERİLDİ
Hadisə 77

Bakı Ağır Cinayətlər Məhkəməsi ailə-məişət münaqişəsi zəminində ərini bıçaqlamaqda ittiham olunan qadının cinayət işinə baxıb.

BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü il avqustun 26-da gecə saat 4 radələrində Bakı şəhəri, Nizami rayonunda baş verib.

İttihama görə, Pərvin əri Elnur (zərərçəkmiş) sərxoş və yuxuda olduğu halda, köməksiz vəziyyətdə bıçaqla 9 dəfə vurub. Zərbələr döş qəfəsi, qarın, boyun və ayaq nahiyələrinə düşüb, nəticədə Sakitə ağır xəsarətlər (nazik bağırsağın, müsariqənin və ağ ciyərin deşilmiş-kəsilmiş yaraları) yetirilib. Elnur özü təcili tibbi yardım çağırıb və xəstəxanada həyatını xilas etmək mümkün olub.

Məhkəmə iclasında Pərvin özünü qismən təqsirli bilib. O, əri ilə 2015-ci ildən ailə qurduqlarını, 2017-ci ildə rəsmi nikaha girdiklərini, iki azyaşlı övladlarının olduğunu bildirib.

Onun sözlərinə görə, mübahisə ərinin gec evə gəlməsi və başqa qadınla yazışmalarını görməsi səbəbindən baş verib. O, qəsdən öldürmək niyyətinin olmadığını, əsəbiliyindən bıçaq götürdüyünü və zərbələri xatırlamadığını deyib. Aynur peşman olduğunu və əri ilə barışdığını vurğulayıb.

Zərərçəkmiş Elnur isə ifadəsində xəsarətlərin yüngül olduğunu, xəstəxanada cəmi 3 gün qaldığını bildirib. O, arvadının qısqanclıqdan qorxutmaq məqsədilə hərəkət etdiyini, öldürmək niyyətinin olmadığını qeyd edib. Sakit notarial qaydada barışıq ərizəsi təqdim edib və arvadının azad edilməsini istəyib.

Şahidlərin ifadələri də işin detallarını aydınlaşdırıb. Pərvinin anası Mehribanın ifadəsindən məlum olub ki, qızı hadisədən əvvəl "WhatsApp"da "Elnuru öldürəcəm" mesajı yazıb, lakin ana bunu ciddi qəbul etməyib. Prvinin qardaşı da ailədə tez-tez mübahisələrin olduğunu, ərinin içki aludəçisi olduğunu və arvadını döydüyünü bildirib. Uşaqlar hadisəni görmədiklərini deyiblər.

Məhkəmə sübutlar arasında hadisə yerinə baxış protokolunu, bıçağın və qanlı əşyaların ekspertizasını, telefon yazışmalarını və tibbi rəyləri nəzərə alıb. Tibbi ekspertiza xəsarətlərin həyat üçün təhlükəli olduğunu təsdiqləyib.

Hökmü çıxararkən məhkəmə heyəti (sədr Rasim Sadıxov, hakimlər Pərvinin əvvəllər məhkum olunmamasını, azyaşlı övladlarının olmasını, peşmançılığını və barışığı nəzərə alıb. Məhkəmənin hökmünə əsasən, 1998-ci il təvəllüdlü Saatlı rayon sakini Pərvin Məlikova (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.2.9-cu maddələri (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə cəhd) ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib və 3 il sınaq müddəti təyin edib. Aynur məhkəmə zalında həbsdən azad olunub.

Son xəbərlər