Bakıda ər arvadını məftillə boğaraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ər arvadını qətlə yetirib
Oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat da...