Bakıda əməliyyat keçirildi - Qardaşlar saxlanıldı

Narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş iki qardaş saxlanılıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, 31 yaşlı Yusif Əliyev və 33 yaşlı İlkin Əliyevin avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq marixuana tapılıb.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaqla qardaşların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdikləri məlum olub. Onlar narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdiklərini və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Ermənistanın hücumlarından zərərçəkmiş şəxs: "Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb"
Bakı Hərbi Məhkəməsində avqustun 15-də keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsind...
