Bakıda əməliyyat - 40 nəfər tutuldu, itkin düşən 7 nəfər tapıldı

Bakıda əməliyyat - 40 nəfər tutuldu, itkin düşən 7 nəfər tapıldı
Hadisə 356

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da 24 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər