Bakıda borca görə gizlənən 19 nəfər saxlanıldı

Bakıda borca görə gizlənən 19 nəfər saxlanıldı
Hadisə 523

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də 25 cinayətin üstü açılıb.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxşar xəbərlər

Bakı polisindən ƏMƏLİYYAT - 28 nəfər saxlanıldı

Bakı polisindən ƏMƏLİYYAT - 28 nəfər saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb. BŞBPİ-nin...

425 Hadisə 11:19 03 mart 2020

Son xəbərlər