Bakıda dörd dost ağır qəzaya düşdü: Biri öldü
Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 1 radələrində 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.
Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Orxan Fariz oğlu Piriyev və 1996-cı ildə anadan olmuş Allahverdi Sabir oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Bildirilib ki, qəzaya düşən 4 gənc dost olublar.
Oxşar xəbərlər
Bakıda hüquqşünas necə qatil oldu? - Əmircandakı qətlin detalları - FOTO
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında...