Bakıda dilənçi qadınlar mənzili qarət etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadınlar evdən oğurluq ediblər.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən V.Qasımovanın evində qeydə alınıb. Naməlum şəxslər qapıdan keçməklə 1 095 manat nağd pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri, dilənçilər, 1995-ci il təvəllüdlü Sitarə Məmmədova və 1971-ci il təvəllüdlü Nigar Bəkirova saxlanılıb.
Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...