Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI

Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI
Hadisə 0

Bakıda dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbədəki dəmiryolu stansiyasının yaxınlığında təxminən 50 yaşlarında kişiyə məxsus meyit aşkarlanıb.

Məlumata görə, həmin şəxsin təxminən bir ay əvvəl öldüyü ehtimal edilir. Buna görə də meyitdə çürümə prosesi baş verib.

Meyiti aşkarlayan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər