Bakıda dəhşətli yanğınla nəticələnən qəzanın baş vermə anı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin partlaması ilə nəticələnən qəzanın baş vermə anının görüntüsü yayılıb.
BAKU.WS-in "qaynar xətti"nə göndərilən videoda görünür ki, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Nəticədə yanacaqdaşıyan maşını ilə minik avtomobilin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində "Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.
“KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...