Bakıda dəhşətli qəza: “Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı – ANBAAN VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:
“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.
O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Bakıda polislə vətəndaşlar arasında insident - RƏSMİ AÇIQLAMA
Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir. Bakı şəhər...
