Bakıda dəhşətli qətl - Boğazını kəsib quyuya atdılar
26
okt
2019
10:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonunda su quyusundan meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, mərhum 32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb.Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib.Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib.Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə E.Həbibzadə hadisə yerində keçinib.Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.
Oxşar xəbərlər
Bakıda "BMW" ilə yoxa çıxan Elvinin meyiti tapıldı - ŞOK HADİSƏ
İtkin düşən Bakı sakini, 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyiti tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112...